!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə üçün BRİCS PERSPEKTİVİ: Ankara bu təşkilata qoşulacaq?

!Reklam – Yazi

2009-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının (CAR) birgə yaratdığı BRİCS təşkilatı sıralarına başqa ölkələri də qatmaq istəyir.

Yenicag.az xəbər verir ki, Türkiyənin sözügedən quruma qoşulmaq ehtimalı ciddi müzakirə olunur.

BRİCS Beynəlxalq Forumunun rəhbəri Purnima Anand Rusiyanın “İzvestiya” qəzetinə verdiyi açıqlamada Türkiyə, Misir və Səudiyyə Ərəbistanının ən qısa zamanda təşkilata üzv olmasını arzuladıqlarını bildirib.

Onun sözlərinə görə, sözügedən ölkələr BRİCS-ə üzv olmaq üçün ilkin razılıq veriblər:

“Bu ölkələr təşkilata qoşulmağa hazır olduqlarını bildiriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Hesab edirəm ki, bu, çox yaxşı addımdır, çünki genişlənmə həmişə müsbətdir. Bu, şübhəsiz ki, BRİCS-in dünyada nüfuzunu artıracaq”.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv