!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə üçün FƏRQLİ “CƏBHƏ”: “Ankaranın bu iki düşməni barışdırması...” – ŞƏRH

!Reklam – Yazi

“Belə bir vəziyyətdə vasitəçinin kimliyindən asılı olmayaraq tərəfləri razı salmaq imkan xaricindədir”.

Bu fikirləri Türkiyənin az qala müharibə vəziyyətində olan Ukrayna ilə Rusiya arasında vasitəçilik missiyasını həyata keçirmək təklifini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, Ukrayna ilə Rusiya arasında münasibətlər elə bir gərginlik həddindədir ki, burada hər iki tərəfi razı salacaq yolun tapılması çox çətindir:

“Əlbəttə ki, Türkiyənin belə bir missiyanı üzərinə götürmək istəyi müsbət və anlaşılan, həm də çox ciddi niyyətdir. Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentlərini danışıq aparmaq üçün Türkiyəyə dəvət etməsi də bunu təsdiqləyir.

Amma burada söhbət aralarında həlli mümkün problemlərin odluğu iki ölkədən getmir. Bildiyiniz kimi, Rusiya Ukrayna ərazisi olan Krımı ilhaq edib, Donbasda isə separatizmə tam dəstək verir. Belə bir vəziyyətdə vasitəçinin kimliyindən asılı olmayaraq tərəfləri razı salmaq imkan xaricindədir.

Gəlin baxaq, Ukrayna Krımla Donbasın itirilməsinə razı olar? Yox. Eyni zamanda, Rusiya beynəlxalq hüquqa hörmətlə yanaşaraq könüllü şəkildə Krımdan və Donbas separatçılarını dəstəkləməkdən imtina edər? Yenə yox. Ona görə də Türkiyənin bu ölkələr arasında vasitəçiliyinin mümkün nəticəsi haqda nikbin danışmaq olmur”.

A.Zeynalov

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv