!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə üçün ingilis “Eurofighter”i: “Böyük Britaniyanın bu əməliyyatı ABŞ ilə razılaşdırması...” – ŞƏRH

!Reklam – Yazi

“Böyük Britaniyanın Türkiyənin ehtiyac duyduğu qırıcıların alternativinin satılması barədə istəyini açıqlaması başadüşüləndir”.

Bu fikirləri Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin ABŞ-nin F-35 təyyarələrinə alternativ ola biləcək 4-cü nəsil “Eurofighter” qırıcılarının Türkiyəyə satılması istəyinə dair fikirlərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir dünyada dövlətlərin öz milli təhlükəsizlik və iqtisadi maraqları əsasında addım atmaları təbiidir:

“Həqiqətən də, Böyük Britaniya müdafiə nazirinin ölkəsinin strateji-hərbi məhsullar sırasında olan “Eurofighter” qırıcılarını Türkiyəyə satmağa hazır olduğunu bəyan etməsi çox ciddi məlumatdır. Çünki burada söhbət ABŞ-nin təyyarə satışına embarqo qoyduğu Türkiyə üçün “nəfəslik” açılmasından gedir.

Bu isə onu göstərir ki, ABŞ və Böyük Britaniya NATO üzrə müttəfiq olsalar da, müasir dünyada dövlətlər arasında münasibətlərdə blok təəssübkeşliyindən əlavə onların milli təhlükəsizlik və iqtisadi maraqları da əsas götürülür. O baxımdan, Böyük Britaniyanın Türkiyənin ehtiyac duyduğu qırıcıların alternativinin satılması barədə istəyini açıqlaması başadüşüləndir.

Eyni zamanda, belə görünür ki, Böyük Britaniya həmin təyyarələri Türkiyəyə satmaqla ABŞ ilə aralarında problem yaranmayacağına əmindir. O da nəzərə alınmalıdır ki, Amerikanın maraqları ilə zahiri ziddiyət təşkil edən addım atmaqla yanaşı, Böyük Britaniya dünyanın müstəqil siyasət yürüdən ölkələrindən biridir.

Bəli, obrazlı desək, müqəddəs yer boş qalmaz. Əgər Türkiyənin lazım olan hərbi təyyarələri almaq imkanı varsa, onu hansı ölkədən olur-olsun, alacaq. Belə bir şəraitdə Böyük Britaniya o boşluğu doldurmaq üçün iddiasını ortaya qoyur və bu, tamamilə normaldır. Bir məqama da toxunmaq lazımdır ki, Böyük Britaniyanın bu məsələdə ABŞ ilə dərin qatlarda gizli razılığa gəlməsi də istisna deyil”.

A.Zeynalov

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv