!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Ukrayna hərbi əməkdaşlığının PƏRDƏARXASI: “Kiyev təhlükəsizlik məsələsində Ankaraya önəm verir və...” – ŞƏRH

!Reklam – Yazi

“Ərdoğanla Zelenskinin ikili görüşlərində Ukraynanın təhlükəsizliyi məsələsinin geniş müzakirə olunduğu şübhə doğurmur”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri çərçivəsində əldə olunmuş mümkün qapalı anlaşmaları dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Tükiyə və Ukrayna prezidentlərinin görüşündə hərbi əməkdaşlıq sahəsində açıqlanmayan hansı razılaşmaların əldə olunduğu qarşıdakı dönəmdə atılacaq addımlardan görünəcək:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın indiki dönəmdə Ukraynaya səfəri regional vəziyyət baxımından doğrudan da, çox böyük əhəmiyyət daşıyır. Bu səbəbdən, səfər çərçivəsində Türkiyə ilə Ukrayna arasında çox sayda dövlətlərarası müqavilənin imzalanması həmin ölkələrin münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.

Bildiyiniz kimi, Türkiyə prezidenti Rusiya-Ukrayna gərginliyinin azaldılması, o ölkələr arasında az qala müharibə vəziyyətinin aradan qaldırılması üçün vasitəçilik təşəbbüsü ilə çıxış edib. Ukrayna və Rusiya rəhbərliyi buna normal reaksiya versələr də, son günlərdə Moskvadan fərqli mövqe bildirir, təmasların başlaması üçün zamanın yetişmədiyi qeyd olunur. Bu, əlbəttə ki, təəccüb doğurmaya bilməz.

Ona görə də, Ərdoğanla Zelenskinin ikili görüşlərində Ukraynanın təhlükəsizliyi məsələsinin geniş müzakirə olunduğu şübhə doğurmur. Məlumdur ki, Türkiyənin xüsusilə, hərbi-texniki sahədə Ukrayna ilə əməkdaşlığı qurulub. O cümlədən, bütün dünyada fenomen kimi qəbul edilən “Bayraktar” PUA-ları Ukraynaya da satılıb, həmçinin onların istehsalı üçün Kiyevə lisenziya verilib.

Prezidentlərin görüşündə hərbi əməkdaşlıq sahəsində daha hansı razılaşmaların əldə olunduğunu qarşıdakı dönəmdə atılacaq addımlardan görə biləcəyik. Amma bunu əminliklə deyə bilərik ki, Ukrayna özünün təhlükəsizlik məsələsində Türkiyəyə böyük önəm verir və onunla münasibətləri dərinləşdirməkdə maraqlıdır”.

A.Zeynalov

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv