!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Ukrayna münasibətlərində yaxınlaşma: "Ankara və Bakının Kremldən tələbi olacaq"

!Reklam – Yazi

“Azərbaycan və Türkiyə uzun müddətdir Rusiyanın icazə vermədiyi Trans-Xəzər Boru Xətti Layihəsinin gerçəkləşməsi üçün Moskva və Ukrayna arasında uzlaşmanın əldə olunmasına çalışır”.

Bunu Türkiyə və Ukrayna arasında imzalanan müqavilələrin Azərbaycana mümkün təsirlərini analiz edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib.

Politoloqun fikrincə, Türkiyə və Ukrayna arasındakı müqavilələrin Azərbaycana müsbət təsirləri olacaq. Çünki mövcud imzalanan müqavilələrlə yanaşı, açıqlanmayan məsələlər də var:

“Əslində məlum problemin həllində Türkiyənin hədəfləri daha böyükdür. Ukrayna gərginliyində Türkiyə və Azərbaycan ortaq şəkildə vasitəçilik edirlər. Ona görə ki, Ukrayna və Rusiyanın uzlaşmasında Azərbaycanla Türkiyənin maraqları eynidir. Aydın məsələdir ki, indiki halda Ukraynada Qərb və Rusiya qarşıdurması var. Bu gün Rusiyanı narahat edən əsas məsələ NATO qoşunlarının onun sərhəddinə gəlməməsidir. Eyni zamanda Rusiya Ukraynanın NATO-ya üzv olmasını istəmir. Bu fonda Türkiyə də Ukraynanın NATO-ya üzv olmayacağı və ya ən yaxşı halda NATO-nun sərhəddə qoşun yığmayacağı ilə bağlı öhdəlik götürməyini istəyir. Bu proses baş verərsə, rəsmi Ankara və Bakının Kremldən bir tələbi olacaq.

Məlumdur ki, mövcud vəziyyətdə Azərbaycan TAP və TANAP layihələri ilə Avropaya qaz satışını həyata keçirir. Bu satış böyük ölçüdə Türkiyə üzərindən baş verir. Azərbaycan və Türkiyə uzun müddətdir Rusiyanın icazə vermədiyi Trans-Xəzər Boru Xətti Layihəsinin gerçəkləşməsi üçün Moskva və Ukrayna arasında uzlaşmanın əldə olunmasına çalışır. Əgər bu uzlaşma baş verərsə, Rusiyadan Trans-Xəzər Boru Xətti Layihəsinin həyata keçirilməsinə mane törətməməsi istəniləcək. Nəticədə türkmən, qazax və özbək qazı Trans-Xəzər Boru Xətti Layihəsi vasitəsilə TAP və TANAP-a qoşulacaq. Beləliklə, Avropanın qaza olan tələbatının ən azı yarısını ödəmək imkanı olacaq.

Onu da qeyd edim ki, Türkiyə və Ukrayna arasında imzalanan müqavilələrdən biri ortaq təyyarənin istehsalı ilə bağlıdır. Bu təyyarənin motorları Ukraynada, benzin və neft isə Azərbaycandadır. Ona görə də məlum müqavilə üçlü xarakter daşıyır. Türkiyənin istehsal edəcəyi milli təyyarələri ən ucuz alan Azərbaycan olacaq. Bu isə ordumuz üçün kifayət qədər müsbət hal olacaq”.

Gülşən Şərif

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv