!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və azərbaycanlı media rəhbərləri UAR-in qonağı oldular - FOTOLAR

!Reklam – Yazi

Ukrayna Azərbaycanlıları Radasında Türkiyə Anadolu Yayınçılar Birliyinin sədri Sinan Burhan, Türkiyənin “Fırat” Telekanalının baş direktoru Zeki Akbıyık, Azərbaycanın “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili ilə görüş keçirilib.

Qonaqları salamlayan Ukrayna Azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov diaspor fəaliyyətinə media dəstəyinin vacibliyini vurğulayıb. Türk Dövlətləri birliyi və Türksoy çərşəvəsində Ukraynada yaşayan türkdilli diaspor təşkilatları ilə əməkdaşlıqlarını gücləndirdiklərini bildirən baş katib birgə layihələrə start verdiklərini qeyd edib. “Bizim dövlət rəhbərlərimiz bizim xəyallarımızı reallığa çevirirlər. Türk dünyası “Fikirdə, sözdə və işdə birlik” ideyası ətrafında birləşir” deyən baş katib hər kəsin öz sahəsində bu birliyə dəstək verməsi gərəkdiyini vurğulayıb.

Səmimi görüş üçün UAR rəhbərliyinə təşəkkür edən Türkiyə Anadolu Yayınçılar Birliyinin sədri Sinan Burhan bir millət iki dövlət ideyasının hər gün daha da önəm qazandığını vurğulayıb. “Türkiyə hər zaman Azərbaycanın yanında olub və olmağa davam edəcək. Biz birlikdə güclüyük.” deyən birlik sədri Ukrayna azərbaycanlıları radası ilə əmaəkdaşlığa hazır olduqlarını bildirib.

Ukraynada yaşayan azərbaycanlıların güclü diaspor ənənələri olduğunu bildiriən aparat rəhbəri Elşad İbrahimov UAR-in fəaliyyəti haqqında qonaqlara məlumat verib. Pandemiyanın ilk və ən çətin dövründə soydaşlarımıza hərtərəfli yardım göstərildiyini qeyd edən İbrahimov kordinasiyalı diaspor fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Görüşdə çıxış edən Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər bildirib ki Ukrayna azərbaycanlıları radasınin fəaliyyətlərini məmnuniyyətlə izləyir. “Qürbətdə yaşamağın və diaspor fəaliyyəti ilə məşğul olmanın nə qədər məsuliyyətli, nə qədər çətin və nə qədər önəmli olduğunu yaxşı bilirəm” deyən Aqil Ələsgər hərtərəfli media dəstəyi verməyə hazır olduqlarını bildirib.

“İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili də diaspor hərəkatının xalqımız və dövlətimiz üçün onəmini qeyd edib. Allahverdili öz növbələrində Ukrayna Azərbaycanlıları radasına dəstək olmağa davam edəcəklərini bildirib.

Görüş qarşılıqlı müzakirələrlə davam edib.

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv