!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Rusiya liderlərinin GÖRÜŞÜ: Putin NƏDƏN QORXUR? - İLGİNC SƏBƏBLƏR

!Reklam – Yazi

Artıq neçə vaxtdır ki, Rusiya prezidenti Vladimir Putinin avqust ayında Türkiyəyə edəcəyi səfər gündəmdən düşmür. Ərdoğanın Putini bu ay Ankaraya dəvət etməsi ilə bağlı xəbər təsdiqini tapsa da, dünən iki lider arasında baş tutan telefon danışığından sonra məlum olub ki, görüşə dair razılığa gəlinsə də, səfərin hansı tarixdə, hansı ölkədə baş tutacağı ilə bağlı ortada konkret razılıq yoxdur.

Belə ki, Kreml sözçüsü Dmitri Peskov mətbuata verdiyi açıqlamada “Yer müzakirə olunacaq, görüş yerinin Türkiyə olması mütləq deyil, Putin üçün səfərlərini həyata keçirmək çətindir” deməsi, Putinin hələ də bunkerdən çıxmaq fikirinin olmadığının göstərir. Baxmayaraq ki, hal-hazırda Putinin gedə və təhlükəsizliyini etibar edə biləcəyi ölkələrdən birincisi Belarusdursa, ikincisi Türkiyədir. Eyni zamanda onun İnandığı və etibar etdiyi liderlərdən biri Ərdoğandır. Buna rəğmən dünyanın əsas aparıcı gücləri tərəfindən zirzəmiyə məhkum edilən Putin başını bayıra çıxartmaqda israr edir. Əgər bu günə qədər hələ də rus lider səfərlə bağlı tam qərarını verməyibsə və tərəddüd edirsə, demək ki, bunun ciddi səbəbi var.

Öncə ondan başlayaq ki, Türkiyəyə səfər Putin üçün xüsusi əhəmiyyət daşıyır. Çünki o, Ankara səfərini gerçəkləşdirəcəyi təqdirdə ilk növbədə onunla bağlı formalaşmış fikirləri aradan qaldırmaq fürsəti yaxalanmış olacaq. Belə ki, “Putinin təhlükəsizlik qarantı olmadığından başını bunkerdən bayıra çıxara bilmir. Ona görə də Kreml rəhbəri öz oxşarlarından istifadə etməklə var olduğunu təsdiqləmək istəyir” kimi söz-söhbətə son qoya bilər.

Digər yandan isə Putin üçün Türkiyə səfərini həyata keçirməklə Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə dair verdiyi orderin heç bir əhəmiyyət daşımadığını, onu qorxutmadığını və səyahət etmə imkanlarını məhdudlaşdırmadığını, bunun sadəcə “kağız parçası” olduğunu düşmənlərinə mesaj ötürmə baxımından yaxşı bir təbliğat layihəsi ola bilər.
Ancaq görünür Putin ona hava-su kimi lazım olan Ankara səfərinə getməkdə tərəddüd edir.

Burada iki səbəb ola bilər.

Səbəblərdən biri Vladimir Putinin səhhətində ilə bağl ola bilər. Artıq neçə vaxtdır ki, 71 yaşlı Putinin səhhətində ciddi problemlərin olması ilə bağlı söz-söhbətlər yayılmaqdadır. Əslində bu səbəbdən onun Ankaraya getməkdə tərəddüd etməsi bir o qədər də inandırıcı görünmür.

Birincisi, əgər doğrudan da Putinin sağlamlığında ciddi problemlər olsaydı, ilk növbədə Rusiya elitası Kremlin idarəçiliyini ona tam həvalə etməzdi. Elə saraydaxili qüvvələr Putini devirərdilər. Çünki Putin xofundan qurtulmaq üçün Kremlin özündə fürsət gözləyən qüvvələr var. Belə bir addım atılmayıbsa, demək ki, Putinin sağlamlığı hakimiyyəti idarə etmək imkanındadır və ciddi xəstəliyi yoxdur. Deməli, o, məsafə baxımından çox da uzaq olmayan Türkiyəyə rahat uça bilər, ancaq tərəddüd edir.

Daha çox üzərində dayanılacaq və inandırıcı ikinci səbəb isə Putinin təhlükəsizlik qorxusu və hürküsü ilə bağlıdır. Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə dair çıxardığı qərardan sonra faktiki olaraq Putin xarici səfərlərini məhdudlaşdırıb.

Məhz bu səbəbdən Putin iyun ayında Ərdoğanın andiçmə mərasiminə dəvət alsa da, öz yerinə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodini göndərdi. Bundan başqa iddialara görə, ötən ay,  iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının Hindistanda keçilən sammitinin onlayn formada keçrilməsi də məhz Putinin Rusiyada kənara çıxa bilməməsi ilə əlaqələndirilir.

Bu faktlar və mənzərələr göstərir ki, rus lider ya Beynəlxalq Cinayət Məcəlləsinin çıxardığı həbs qərarından ehtiyat edir, ya da onun ölkəsinin sərhədlərindən çıxdığı an həyatına hansısa sui-qəsd ediləcəyindən qorxur.

www.yenicag.az

1082
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv