!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Ukraynanın müdafiə nazirləri arasında telefon danışığı oldu

!Reklam – Yazi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı aparıb.

Yenicag.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti öz “Twitter” səhifəsində yazıb.

H.Akar Ukraynadakı döyüş bölgələrindən quru və dəniz yolu ilə Türkiyə vətəndaşları da daxil olmaqla mülki şəxslərin təxliyyəsinin təcili olduğunu vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri dərhal atəşkəs elan edilməsinin vacibliyini də qeyd edib.

Bundan əlavə, nazir Ukrayna limanlarında yerləşən türk ticarət gəmilərinin təhlükəsiz geri qayıtmasının vacibliyini qeyd edib.

Hulusi Akar bildirib ki, Ankara bundan sonra da Ukrayna xalqına hər cür humanitar yardım göstərməyə hazırdır.

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv