!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə XİN: "Azərbaycan zəruri hesab etdiyi tədbirləri görməli oldu"

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN), Azərbaycanın Qarabağda başladığı anti-terror əməliyyatı barədə bəyanat yayıb.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin Azərbaycan Ordusunun şəxsi heyətinə və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən silahlı təxribatlarına və qeyri-qanuni əməllərinə qarşı bu gün (19 sentyabr) Azərbaycan Ordusu tərəfindən müstəsna olaraq hərbi qüvvələri hədəf alan antiterror əməliyyatı keçirilib:

“İkinci Qarabağ müharibəsinin başa çatmasından bu yana keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı daim bəyan etdiyi haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan zəruri hesab etdiyi tədbirləri görməli oldu. Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur” – deyə, nazirliyin bəyanatında bildirilib.

Natiq Çıraqzadə

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv