!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə XİN-dən Stokholmda “Qurani-Kərim”in yandırılmasını münasibət

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılmasını qətiyyətlə pisləyir.

Yenicag.az verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir.

“Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, – deyə Nazirliyin bəyanatında vurğulanıb.

Qeyd edək ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Palu Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. Bu zaman İsveç polisi müdaxilə etməyib.

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv