Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə XİN Gəncəyə hücumu pislədi

“Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə etdiyi raket hücumunu qətiyyətlə pisləyirik”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Döyüş bölgəsindən 100 km məsafədəki Gəncədə bir yaşayış binasına tuş gələrək 9 mülki şəxsin ölümünə, 39 nəfərin yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan ərazilərinin xaricinə yayma məqsədinə yönəlmiş təxribatların yeni bir nümunəsidir. Bu hücum eyni zamanda Ermənistanın atəşkəsdən anlamadığını göstərir. Ermənistanın bu aqressiyası həmişəki işğalçı və təcavüzkar zehniyyətinin təzahürüdür. Beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığa artıq dayan deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”, – açıqlamada vurğulanıb.

www.yenicag.az

134