!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə “Yavuz”unu ilk bu ölkə alacaq

!Reklam – Yazi

Türkiyənin “MKE AŞ” müdafiə şirkəti tərəfindən istehsal olunan ən yeni “Yavuz” özüyeriyən haubitsalarını alan ilk ölkə Malayziya olacaq.

Yenicag.az xəbər verir ki, Malayziyanın Baş naziri İsmayıl Səbri Yakubun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı bu barədə razılıq əldə edilib.

Lüləsinin uzunluğu 52 mm olan “Yavuz” özüyeriyən haubitsaları 155 mm çaplı sursatdan istifadə edir.

Türkiyə istehsalı olan yeni haubitsa NATO standartlarına uyğunluq üzrə bütün sınaqlardan uğurla keçib.

Haubitsanın döyüş vəziyyətinə gətirilməsi maksimum 1 dəqiqə, yerinin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Atəş sürəti – 40 km-ə qədər məsafədədir. “Yavuz” özüyeriyən haubitsalarının ekipajı 5 nəfərdən ibarətdir. Maksimal sürət saatda 90 km-dir.

Haubitsalar üç növ sursatdan istifadə edə bilər.

www.yenicag.az

172
Ads
www.veteninfo.com
!Reklam – Arxiv