!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 1-ci Beynəlxalq Şanlıurfa Mədəniyyət və Turizm Görüşləri başladı - FOTO / VİDEO

!Reklam – Yazi

Şanlıurfa Sərgi Mərkəzində baş tutan açılış mərasimində Şanlıurfa valisi Hasan Şıldak ile AK Partiya Şanlıurfadan seçilmiş millət vəkilləri Mehmet Ali Cevheri, Cevahir Asuman Yazmacı, Şanlıurfa Böyük Şəhər Bələdiyyəsinin sədri Zeynel Abidin Beyazgül, QHT təmsilçiləri və tədbirə aid sektorun nümayəndələri iştİrak ediblər.

Yenicag.az xəbər verir ki, mərasimin əvvəlində protokol çıxışları dinlənilib və bundan sonra Mərkəzdə qurulmuş stendlərə baxış keçirilib.

“Türk Hava Yolları” aviaşirkətinin sponsorluğu ilə gerçəkləşən tədbirdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Mərakeş, Malayziya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Rusiya və Almaniyadan olan jurnalistlər və blogerlər iştirak ediblər.

Mərkəzdə “Türk Hava Yolları”, TÜRSAB, TÜROB, TÜREB və Türkiyədə fəaliyyət göstərən bələdiyyələr, ticarət nümayəndəlikləri, otellərin tanıdıldığı 160 stend quraşdırılıb. Eyni zamanda, sərgidə müvafiq təlimlərin keçirilməsi və yemək mədəniyyətini əks etdirən maarifçi proqramların təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, 1-ci Beynəlxalq Şanlıurfa Mədəniyyət və Turizm Görüşlərinə qatılan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər tədbir çərçivəsində Şanlıurfa Böyük Şəhər Bələdiyyəsinin sədri və digər rəsmi şəxslərlə görüşüb.

 

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv