!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 12 saat ərzində 7 qadın öldürüldü

!Reklam – Yazi

Türkiyədə “qarşısı alına bilməyən” qadın cinayətlərinə yeniləri əlavə olunmağa davam edir.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 saat ərazində Bursa, Adıyaman, Ərzurum, Sakarya, İstanbul, Dənizli və İzmirdə 7 qadın öldürülüb.

Bursada iki uşaq anası Tuba Ateşci (41) bir il əvvəl boşandığı və barışmaq üçün görüşə dəvət etdiyi keçmiş əri Murat Dəmir (49) tərəfindən silahla qətlə yetirilib. Hadisədən sonra Dəmir də tapança ilə intihar edib.

Adıyamanda M.A adlı kişi həyat yoldaşı Tuğba A., qaynı Abidin A. və qaynının 9 yaşlı oğlu Mustafa A.-nı tapança ilə güllələyib. Ağır yaralanan hər üç şəxs xəstəxanada ölüb.

– Ərzurumda həbsxanadan qaçan əri Şafak Saydam (39) tərəfindən silahla vurulan Elif Saydam (32) bir həftəlik həyat mübarizəsini itirib.

Sakaryanın Akyazı rayonunda Əli Rıza Aslan boşanma prosesində olan həyat yoldaşı Hatun Ekrem Aslanı (29) tapança ilə vuraraq öldürüb və intihar edib. Aslanın qətldən 19 saat əvvəl sosial media hesabında “Allahın iznilə” ifadəsi ilə paylaşım etdiyi görülüb.

İstanbulun Çekmeköy səmtində Hakan Araz həyat yoldaşı Emine Ülkü Arazı evində silahla başından vurub.

Dənizlinin Pamukkale rayonunda evdə boğazından bıçaqlanmış vəziyyətdə tapılan Əfqanıstan əsilli Nasım Göl Karımı (30) xilas etmək mümkün olmayıb. Onun evdə olan əri Məhəmməd Esmail Həbibi (42) cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.

İzmirin Aliağa rayonunda Ahmet Çankaya (48) ayrıldığı həyat yoldaşı Özlem Çankayanı (43) bıçaqlayaraq öldürüb./unikal

www.yenicag.az

111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv