!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 2 ailə arasında silahlı İNSİDENT: 2 ölü, 3 yaralı

!Reklam – Yazi

Türkiyənin Tekirdağ rayonunda iki ailə arasında baş verən silahlı münaqişədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yenicag.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı 8 nəfər saxlanılıb.

Aralarında ədavət yaranan iki ailə arasında başlayan mübahisə qısa zamanda silahlı insidentə çevrilib.

Tərəflərin silahla açdığı atəşdən narahat olan insanlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

Xəbərdarlıq üzərinə bölgəyə çoxlu sayda polis və sağlamlıq qrupları cəlb edilib.

Qeyd olunur ki, qarşıdurmanın qarşısı çətinliklə alınıb.

Yaralanan 5 nəfər, Dr. İsmayıl Fehmi Cumalıoğlu Şəhər Xəstəxanasına aparılıb.

Onlardan ikisini bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Müalicəsi davam edən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv