!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 31 mart seçkilərinə xarici MÜDAXİLƏ İMKANLARI: "Qərb və Amerika riskə getmək istəmədiyi üçün rəsmi Ankara ilə..."

!Reklam – Yazi

“Geci iki həftə ərzində seçkilərlə bağlı xarici güclərin münasibətinin üzə çıxdığını görəcəyik”.

Bu fikirləri Türkiyədə martın 21-də keçiriləcək bələdiyyə seçkilərinə xarici güclərin müdaxilə imkanlarından danışan “Ülke TV”nin baş redaktoru Həsən Öztürk Yenicag.az-a açıqlamasında səsləndirib.

Həsən Öztürk qeyd edib ki, Qərb və Amerika riskə getmək istəmədiyi üçün Türkiyə hökuməti ilə yenidən sağlıqlı münasibət qurmaq siyasəti güdür:

“Amerikanın seçkidə tərəflərdən birini dəstəkləməsilə bağlı açıq cümlələr qurmaması və PKK terror təşkilatı ilə onun rəhbərlərinin Qəndildən və ya Avropa paytaxtlarından müxalifətə dəstəklə bağlı açıqlamalar verməmələri diqqət çəkən məqamlardandır. Bunun səbəbi isə ötən ilin 14 və 28 May tarixlərində keçirilən parlament və prezident seçkilərində dəstəklədikləri namizəd və partiyaların ağır məğlubiyyətə uğramasıdır. Müxalifət ittifaqının dağılması fonunda Türkiyə ilə münasibətlərinin daha da korlanması qarşı tərəfin çıxarına olmadığı üçün Qərb bu riskə getmək istəmir.

Türkiyədəki müxalfət partiyalarının PKK terror təşkilatının siyasi uzantısı olan HDP ilə ittifaq qurması onlara verilən səslərə nəzərə çarpacaq dərəcədə təsir etdi və bu səbəbdən hazırda özləri üçün yeni yol çəkmək məcburiyyətində qalıblar. PKK da Qılıçdaroğluya və “Millət ittifaqı”na verdiyi dəstəyi seçici təbəqəsində narahatlıqla qarşılandığı üçün hazırda susur. Geci iki həftə ərzində seçkilərlə bağlı xarici güclərin münasibətinin üzə çıxdığını görəcəyik. Ötən seçkilərdə Avropa və Amerikanın müxalifətə birbaşa dəstəyi Türkiyə ilə münasibətlərdə ciddi problemlər yaşatmışdı. Ancaq Rəcəb Tayyb Ərdoğanın qələbəsi və “Cümhur ittifaqı”nın parlamentdə çoxluq təşkil etməsi Qərbi, xüsusilə də Amerikanı Türkiyə hökuməti ilə yenidən sağlıqlı münasibət qurma yoluna soxub”.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv