!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 600 minə yaxın şəxs konteyner şəhərdə yaşayır

!Reklam – Yazi

“Belə bir zərərin öhdəsindən gələ biləcək başqa ölkə yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki TRT-yə müsahibəsində bu ilin fevralında baş verən zəlzələ fəlakətinin nəticələrinin aradan qaldırılması barədə danışarkən  deyib.

Hazırda 600 minə yaxın vətəndaşın konteyner şəhərlərdə yaşadığını bildirən nazir qeyd edib ki, 40 min mənzil 2-3 ay ərzində onlara təhvil veriləcək.

Özhaseki həmçinin bina inşaları zamanı bir sıra sərt tələblər irəli sürüləcəyini bildirib.

“Çay yataqlarına ev tiksəniz, bəlanızı gözləməli olarsınız, buralarda ev tikilməyəcək. Bir çox yerdə mayeləşməyə görə çökən binaları gördük. Buna da icazə verməyəcəyik. Memarlıq və mühəndislik xidmətlərində sıfır dözümlülük tətbiq ediləcək”.

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv