Türkiyədə AKP üzvlərinə silahlı hücum: 3 ölü, 8 yaralı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə silahlı hücum olub.

Yenicag.az xəbər verir ki, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

Silahlı insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

COP29