!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə amansız SEÇKİ RƏQABƏTİ: “Son dərəcə gərgin və maraqlı mübarizədə...” - MÖVQE

!Reklam – Yazi

“Heç şübhə yoxdur ki, nəticələr hər zaman olduğu kimi, türk millətinin iradəsini əks etdirəcək”.

Bu fikirləri Türkiyədə preazident və parlament seçkiləri kampaniyasının gedişini dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədə hakimiyyətyönlü və müxalifətçi seçki ittifaqları arasında olduqca gərgin və maraqlı mübarizə gedir:

“Türkiyə, həqiqətən, oturuşmuş demokratik ölkədir və orada istənilən seçkilər əhalinin yüksək fəallığı ilə müşayiət olunur. Bu baxımdan, mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri kampaniyasının gedişində müşahidə edilən aktivlik inanılmaz dərəcədə yüksəkdir.

Haşiyə çıxım, son dövrlərdə Türkiyəyə bir neçə dəfə səfər etmişəm, paytaxt Ankarada və başqa şəhərlərdə olmuşam, oradakı mühit məni çox sevindirib. İstər demokratik ənənələr, istərsə də digər kriteriyalar üzrə qiymətləndirmə aparanda, türk dünyasının belə bir ideal ölkəsinin olması çox məmnun edicidir.

Bir müddət pandemiyanın təsiri, daha sonra məlum dağıdıcı zəlzələ vəziyyətə müəyyən təsir göstərsə də, türk insanının vətənpərvərlik hissi qibtə olunası səviyyədədir.

Türkiyə əhalisində milli hisslərin güclü olmasında sağ ideologiyanın təsiri danılmazdır. Türkiyənin mövcud hakimiyyət partiyası da məhz bu ideologiyanın daşıyıcısıdır. Digər tərəfdən, Türkiyədə, ümumiyyətlə, bütün türk dünyasında Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə böyük hörmət var.

İzləyənlər də görür ki, hazırda Türkiyədə çox fəal seçki kampaniyası aparılır. Hakimiyyətyönlü və müxalifətçi seçki ittifaqları arasında mübarizə olduqca gərgin və maraqlı gedir. Heç şübhə yoxdur ki, nəticələr hər zaman olduğu kimi, türk millətinin iradəsini əks etdirəcək”.

A.Zeynalov

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv