!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyədə Azərbaycan adı ilə 10-15 dərnək fəaliyyət göstərsə də, bir-biriləri ilə əlaqənin olmaması...” – MÖVQE

!Reklam – Yazi

“İğdırda hər seçkidə soydaşlarımızdan biri güc-bəla ilə parlamentə düşür, ya da düşmür”.

Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində Azərbaycan əsilli namizədlərin seçilmək ehtimalını dəyərləndirən keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədə yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında passiv olmaları təəssüf doğuran haldır:

“Acınacaqlı haldır ki, Türkiyədə yaşayan Azərbaycan əsilli soydaşlarımız lazımi səvviyyədə birgəlik nümayiş etdirə bilmirlər. Təsəvvür edin ki, Türkiyədə Azərbaycan adı ilə 10-15 dərnək fəaliyyət göstərsə də, onların bir-biriləri ilə əlaqələrinin olmaması ciddi nəticələr əldə edilməsinə imkan vermir.

Bu pərakəndəlik seçkilərdə də özünü göstərir. Baxın, İğdır vilayəti demək olar ki, vaxtilə İrəvan mahalından köçüb getmiş azərbaycanlılardan ibarətdir. Ancaq orada hər seçkidə soydaşlarımızdan biri güc-bəla ilə parlamentə düşür, ya da düşmür. Qarsda, Ərzurumda da eyni vəziyyətdir.

Digər tərəfdən, Türkiyədə yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında passiv olmaları da təəssüf doğuran haldır. Mənə belə gəlir ki, Azərbaycan dövləti bu məsələyə hər hansı formada əl atmalıdır. Dövlətin müvafiq qurumları soydaşlarımızın təşkilatlanmasına və birgəliyinə nail olmaq üçün nəsə etməlidir. Əks halda, bu seçkidə də soydaşlarımızla bağlı nəticə fərqli olmayacaq”.

A.Zeynalov

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv