!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artır

!Reklam – Yazi

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 250 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 72 şirkət çoxdur.

Yenicag.az xəbər verilir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 99,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 53,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (204) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 76,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 19 ixracat, 15 tikinti, 22 kargo, 130 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 153 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 42,9 milyon türk lirəsi olub.

2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb./Trend/

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv