“Türkiyədə Azərbaycanşünaslığın, Azərbaycanda Türkiyəşünaslığın təbliğatı gücləndirilməlidir” – İrfan Çiftçi
“15 iyul hadisələrini ABŞ, Rusiya kimi dövlətlər yaşasaydılar, özlərinə gələ bilməzdilər”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Bakıda bu gün baş tutan Beynəlxalq Media Forumunda çıxış edən
Türkiyə səfirliyinin Mədəniyyət və Turizm müşaviri İrfan Çiftçi deyib:
“Türkiyə dövlətinin 3 min illik tarixi və liderlik təcrübəsi var. İllər əvvəl nurçular, sonra FETÖ-çular, bu gün Adnançılar sabah da bir başqa təşkilat təxribata qalxacaq. Əsas dövlət və xalqın şüurudur. İnsanların yaşı kimi, dövlətlərin də yaşı önəmlidir. Min 300 illik yaşı olan Türkiyə bu hadisələrə qarşı mübarizə apararaq ölkə daxili sabitliyi qoruya bilib. Azərbaycanı Türkiyədə ən yaxşı tanıyan 5 şəxsdən biri də mənəm.
3 ilə yaxındır Azərbaycandayam. Hər zaman deyirəm Türkiyədə Azərbaycanşünaslığın, Azərbaycanda Türkiyəşünaslığın təbliğatı üçün güclü tədbirlər görülməlidi. Mən bu forum təşkilatına yardım edən, şərait yaradan Əli Həsənova, mətbuat şurasının sədri Əflatun Amaşova, “Yeni Çağ” media qrupun rəhbəri Aqil Ələsgərə və onların timsalında bütün media mənsublarına dərin təşəkkürlərimi bildirirəm. Azərbaycan mediası ilə Türkiyə mediası arasındakı əlaqələrin daha da güclənməsi üçün əlimizdən gələni etməliyik”.