!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə baş verən son hadisələrdə təxribat izi: "Terror olması faktı araşdırılır”- ŞƏRH

!Reklam – Yazi

“Daxildəki gərginliyi artırmaq üçün təxribat-diversiya hərəkətləri törədilə bilər”.

Bunu Türkiyədə ardıcıl baş verən mədən partlayışı və bina yanğınının terror olması ehtimalını şərh edən siyasi ekspert Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Türkiyənin qlobal gücə çevrilməsi beynəlxalq qüvvələri narahat edir:

“Bu günə qədər Türkiyə əleyhinə PKK, DHK kimi terror təşkilatlarından istifadə edib zəiflətməyə çalışıblar. Həmin qüvvələrin müxtəlif ekoloji problemlərdə – meşə yanğınlarında da əli olduğu ortaya çıxmışdı.

Türkiyənin beynəlxalq arenada güclənməsinin qarşısının alınması üçün daxildə gərginlik yaratmağa çalışırlar. Gələn il Türkiyədə Cümhuriyyətin 100 ili tamam olacaq. Bununla bağlı tədbir keçirilməsi planlaşdırılır. Eyni zamanda Türkiyə seçkilərə hazırlaşır. Bu səbəbdən daxildəki gərginliyi artırmaq üçün təxribat-diversiya hərəkətləri törədilə bilər.

Türkiyə ordusunun son beş ildə PKK-ya qarşı gördüyü tədbirlər və vurduğu sarsıdıcı zərbələrin qarşılığı olaraq sözügedən hadisələr baş verir. Türkiyədə baş verən mədən partlayışı, ardınca binanın yanması hadisələrinin ehtiyatsızlıqdan yoxsa terror hadisəsi olmasını Türkiyə hüquq-mühafizə orqanları araşdırmalıdır. Əlbəttə ki, terror hadisəsi olması istisna edilmir. Türkiyə hüquq-mühafizə orqanlarının yekun nəticəsindən əvvəl hansısa bir fikir və ya proqnoz irəli sürmək doğru deyil.”

Nəsimi Ələsgərli

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv