!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə daha 4 general istefa verdi

!Reklam – Yazi

456327Türkiyədə daha 4 general istefaya gedib.

Yenicag.az report-a istinadən bildirir ki, bunlar Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının baş katibi, general-mayor Metin Özbek, Quru Qoşunları Komandanlığının hərəkat sədri, general-mayor Mehmet Okkan, kəşfiyyat sədri, general-mayor Mehmet Göktan və informasiya və elektron məlumatlar sisteminin (MEBS) sədri, general-mayor Mustafa Gönendir.

Məlumata görə, onların hər biri təqaüdə çıxmaq istəkləri ilə bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına müraciət ediblər.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı məzuniyyətdə olan Metin Özbek ailəsi ilə birlikdə xaricdə tətildəymiş. Hadisələrə görə aviareyslərin təxirə salınması səbəbindən Ankaraya iki gün sonra qayıda bilib və Baş Qərargahda işinin başında olub. Onun gələcəkdə general-leytenant rütbəsinə yüksələcəyi gözlənilirdi. M.Özbek, həmçinin 2005-2007-ci illərdə Türkiyənin 10-cu prezidenti Ahmet Necdet Sezerin, 2007-2008-ci ildə isə 11-ci prezident Abdullah Gülün baş yavəri olub. 2008-2010-cu illərdə prezident qvardiyasına komandanlıq edən hərbçiyə bundan sonra general rütbəsi verilib.

Xatırladaq ki, bundan əvvəl Quru Qoşunları Komandanlığının qərargah rəisi, general-leytenant İhsan Uyar və Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının (EDOK) komandanı, general-leytenant Kamil Başoğlu istefa verib.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv