Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə daha bir dəhşətli ZƏLZƏLƏ - Dağıntılar altında qalanlar var - SON DƏQİQƏ/YENİLƏNDİ

Bozkurt rayonun bələdiyyə sədri Birsen Çəlik hadisə nəticəsində ölənlərin olmadığını, yüngül xəsarət alanların olduğunu bildirib.

“İnsan tələfatı olmasa da, dağıntılar altında qalanlar var. Onların xilas edilməsi istiqamətində tədbirlər görülür”, – deyə o əlavə edib.

Vilayət rəsmiləri yeni zəlzələ olması ehtimalına qarşı sakinləri qəzalı vəziyyətdəki binalardan çıxmağa çağırıb.

Qeyd edək ki, səhər saatlarında Dənizliyə yaxın olan İzmir şəhərində də zəlzələ olub. Zəlzələ Antalya, Burdur və İsparta vilayətlərində də hiss edilib.

***

16:10

Türkiyənin Dənizli bölgəsində şiddətli zəlzələ baş verib.

Zəlzələ Dənizli ilə yanaşı Antalya, Burdur və İspartada da hiss edilib.

Türkiyənin Fövqəladə Hallar Qurumu (AFAD) zəlzələnin 6, Qəndilli rəsədxanası isə 6.5 bal gücündə hiss olunduğunu yazıb.

Qeyd edək ki, dünən də Türkiyənin İzmir şəhərində 3,2 bal gücündə zəlzələ baş vermişdi.

Bir neçə saniyə davam edən təkanlar əhalinin təşvişinə səbəb olmuşdu.

***

15:07

Egey dənizinin Türkiyə sahillərində zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, 4,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 11.39-da qeydə alınan alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) zəlzələnin ocağının 18,47 kilometr dərinlikdə olduğu bildirilib.

Yeraltı təkanlar ölkənin İzmir şəhəri, Səfərihisar rayonunun Ürkməz kəndindən 11,85 kilometr, Quş adasından isə 8,19 kilometr uzaqlıqda baş verib.

Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

www.yenicag.az

1742