!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə dəhşətli yol qəzası baş verdi

!Reklam – Yazi

Türkiyənin Niğde vilayətinin Bor rayonunda ağır yol qəzası olub.

Yenicag.az “Haber Türk”ə istinadən xəbər verir ki, sürücünün idarəetməsindən çıxan avtomobil əvvəlcə yolu keçmək istəyən 23 yaşlı qadını vurub, daha sonra elektrik dirəyinə dəyərək yanmağa başlayıb.

Qəzada piyada və avtomobildə olan 2 naməlum şəxs həyatını itirib.

İdarədən çıxan avtomobil daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb və dayandıqdan sonra alovlanıb.

Yanğınsöndürənlər yanğını söndürdükdən sonra şəxsiyyəti məlum olmayan sürücünün və yanındakı şəxsin cansız cəsədləri aşkar edilib.

Polis və prokurorun hadisə yerində müayinəsindən sonra meyitlər morqa aparılıb.

Polis qəza ilə bağlı araşdırmalarını davam etdirir.

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv