!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə deputatın ailəsi dağıntılar altında qaldı

!Reklam – Yazi

Türkiyədə Ədalət və İnkişaf Partiyasının Hataydan olan deputatı Hüseyn Yaymanın ailə üzvləri dağıntılar altında qalıblar.

Yenicag.az xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.

“İki qardaşım, həyat yoldaşları, bacım, qaynım və uşaqları dağıntılar altındadırlar. Yollarda böyük çatlar var, hamı səfərbər olub”, – deyə o bildirib.

Millət vəkilinin sözlərinə görə, yeraltı təkanlar Hatayda çox hiss edilib:

“Bizdə çoxlu dağıntılar var. Vətəndaşlar panikaya düşməməlidirlər. Soyuqqanlı olsunlar. Yola çıxmayın, telefonları məşğul etməyin. Çoxlu qəzalı binalarımız var”.

Qeyd edək ki, Qəhrəmanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ 10 şəhərə təsir edib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv