!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə dolların məzənnəsi 21 TL-ni ötüb - YENİ REKORD

!Reklam – Yazi

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Yenicag.az-ın məlumatına görə, iyunu 5-də birjalarda (Bakıda vaxtı ilə saat 07:50-da) Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 21,15 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,8% dəyər itirib. Son bir ayda isə lirə 8% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.8447 TL, satış üzrə 20.8822 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0805 manata ticarət edilir.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv