!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə əhalinin yarıdan çoxu prezident seçkisində Ərdoğanın qalib gələcəyindən əmindir

!Reklam – Yazi

Türkiyə əhalisinin yarıdan çoxu hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın 14 may prezident seçkilərində qalib gələcəyindən əmindir.

Yenicag.az “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Optimer sorğu keçirib.

Sorğuda iştirak edənlərin 53.4 faiz seçkinin bu cür nəticələnəcəyinə əmindirlər.

Bununla belə rəyi soruşulanların 42.1%-i müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun, 8.3% “Məmləkət Partiyası”nın lideri Məhərrəm İncənin, 1.7% isə “ATA” alyansının namizədi Sinan Oğanın qalib gələcəyini düşünür.

Sorğu 1-7 aprel tarixlərində 4 745 respondent arasında birbaşa söhbət əsasında baş tutub.

Rəyi soruşulanların 45.9%-i Ərdoğan, 43.9%-i Kamal Kılıçdaroğluna səs verəcəklərini bildiriblər.

Araşdırma seçkilərdə gənclərin vacib rol oynadığını da müəyyənləşdirib.

Belə ki, rəyi soruşulan 18-24 yaşlı gənclərin 13.6%-i Ərdoğana, 15.2%-i Kılıçdaroğluna, 19.5%-i İncəyə, 15,3%-i isə Oğana səs verməyə hazırdır.

Hələ ki, seçkilərdə kimə səs verəcəklərini qərarlaşdırmamış respondentlərdən isə 41.5%- i Ərdoğana, 31.3%-i isə Kılıçdaroğluna səs verə biləcəyini vurğulayıb.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv