!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyədə FETÖ-yə qarşı mübarizə davam etdirildiyi kimi, Azərbaycanda da...” – Həsən Öztürk

!Reklam – Yazi

“Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Azərbaycanın, o cümlədən Orta Asiyanın türk dövlətlərinin Qərbə yolu daha geniş planda açılacaq”.

Bu fikirləri qarşıdakı dönəmdə Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsi yollarından danışan “Ülke TV”nin Baş redaktoru Həsən Öztürk Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında sosial xarakterli əlaqələrin güclənməsi həm türk dünyası, həm də İslam aləmi üçün çox faydalı olacaq:

“Türkiyə-Azərbaycan münasibətləri Qarabağ Savaşından və xüsusilə də Şuşa Bəyannaməsinin qəbul edilmsindən sonra fərqli bir səviyyəyə yüksəlib.

Əvvəla, bu qələbə ilə cənab İlham Əliyev Azərbaycanda Milli Qəhrəman, cənab Rəcəb Tayyib Ərdoğan isə Türkiyədə Azərbaycanın haqlı mübarizəsinin arxasında dayanan lider olaraq meydana çıxdı. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki liderin hərbi, siyasi-iqtisadi, regional və qlobal miqyas alan birgəliyi gündən-günə möhkəmlənir.

Bildiyiniz kimi, Türkiyədə keçirilən seçkilərdən əvvəl ölkədə nisbi qeyri-müəyyənlik yaranmışdı. Əsas gündəm seçkilər idi və cəmiyyət də seçkilərin necə nəticələnəcəyini böyük maraqla gözləyirdi. Nəticədə seçkilər Ərdoğanın mütləq qələbəsi ilə yekunlaşdı. Onun bu qələbədən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana etməsi artıq rəmzləşən bir ənənəyə çevrilib. O baxımdan, qarşıdakı dönəmdə iki güclü siyasətçinin lideri olduğu iki ölkənin əməkdaşlığından bəhs edəcəyik.

Yeri gəlmişkən, Azərbaycan artıq öz ərazi bütövlüyünü böyük mənada bərpa edib. Hətta Ermənistanın baş naziri Paşinyan da Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Digər tərəfdən Azərbaycan öz qəhrəman liderinin rəhbərliyi altında iqtisadiyyatını inkişaf etdirməkdədir. Türkiyədə isə artıq 21 ildir, dövlətin başında dayanan bir çox təcrübəli Ərdoğan var. Ona görə də iki liderin öndərliyi şəraitində ölkələrimiz arasında daha sıx yaxınlaşmanın olacağını görəcəyik.

Eyni zamanda, Azərbaycan təbii qazı və neftinin nəqli məsələsində Türkiyə daha aktiv rol oynaya bilər. Həmçinin Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Zəngəzur dəhlizi məsələsinə də toxundu və bildirdi ki, bu dəhlizin açılmasında əsas maneə Ermənistan yox, İrandır. Türkiyə dəhlizin açılması üçün diplomatik səylərini artıracaq və bu məsələ həllini tapdıqdan sonra Azərbaycanın, o cümlədən Orta Asiyanın türk dövlətlərinin Qərbə yolu daha geniş planda açılmış olacaq.

Zəngəzur dəhlizi Naxçvanın Azərbaycanın əsas ərazisi ilə əlaqəsini təmin edəcək və prezidentimizin sözü ilə desək, Pekini də Londonla birləşdirəcək. Türkiyə-Azərbaycan münasibətlərinin güclənməsində sosial faktora da toxunmaq istərdim. Azərbaycan çox möhkəm ənənələrə malik dövlətdir. Azərbaycan xalqı isə milliyyətçilik üzərində çox ciddi həssaslığı olan toplumdur. Azərbaycanla Türkiyə arasında sosial xarakterli əlaqələrin güclənməsi həm türk dünyası, həm də İslam aləmi üçün çox faydalı olacaq.

Bir məsələyə də toxunmaq istərdim. Azərbaycanda Türkiyə universitetinin qurulması haqda çoxdandır söhbət gedir. Həmin universitetin məsələn, Gəncədə yaradılması çox uyğun olardı. Bu halda azərbaycanlı gənclər də həmin universitetdə təhsil almaq imkanı qazanardılar. Sonda qeyd etmək istərdim ki, Azərbaycan-Türkiyə münasibətlərinin genişlənməsini əngəlləyənlərin başında FETÖ terror şəbəkəsi gəlir. Onların Azərbaycanda mövqeləri hələ də aktivdir. Türkiyədə FETÖ-yə qarşı mübarizə hələ davam edir. Azərbaycanın da bu məsələdə əlindən gələni etməsi çox vacibdir”.

A.Zeynalov

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv