!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyədə hakimiyyət dəyişərsə, Azərbaycana münasibətin necə olacağını proqnozlaşdırmaq...” – MÖVQE

!Reklam – Yazi

“Ərdoğanın və bütövlükdə AKP iqtidarının Azərbaycana münasibəti hamımıza məlumdur”.

Bu fikirləri Türkiyədə mümkün hakimiyyət dəyişkliyi nəticəsində iqtidara gələcək siyasi qüvvənin Azərbaycana münasibətini dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, bu barədə proqnoz vermək çətin olsa da, qardaş ölkədə mövcud hakimiyyətin dəyişməməsi Azərbaycan üçün daha münasibdir:

“Açığı, Türkiyədə nə vaxtsa hakimiyyətə gələcək siyasi qüvvənin Azərbaycana hansı münasibətdə olacağını proqnozlaşdırmaq çətindir.

Türkiyə böyük dövlətdir, siyasi həyatı dinamikdir, oradakı siyasi proseslərin miqyası da böyükdür.

O baxımdan, Türkiyədə növbəti hakimiyyətin Azərbaycana münasibətinin necə olacağı açıq qalır. Bu münasibət indikindən yaxşı da ola pilər, pis də.

Bütün hallarda Ərdoğanın və bütövlükdə AKP iqtidarının Azərbaycana münasibəti hamımıza məlumdur. Onun sayəsində, xüsusilə 44 günlük müharibədə Azərbaycana verilən dəstək misilsizdir.

Bu səbəbdən, Türkiyədə Ərdoğanın yenidən seçilməsi və AKP-nin parlamentdə üstünlüyünü qoruması Azərbaycan üçün daha münasibdir”.

A.Zeynalov

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv