Türkiyədə hərbi maşın aşdı: 2 şəhid, 7 yaralı

Türkiyədə hərbçiləri daşıyan maşın aşıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Hakkari bölgəsinin Şəmdinli mahalında baş verib.

Hakkari valiliyindən verilən açıqlamada bildirilibki,  maşının aşması nəticəsində 2 hərbçi şəhid olub, 7-si yaralanıb.

Yaralılar Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan 5-nin vəziyyəti ağırdır.