!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə iki prezidentliyə namizəd görüşəcək - Köhnə düşmənlər dost olurlar?

!Reklam – Yazi

Türkiyədə keçiriləcək preizdent seçkilərində namizədlikləri qeydə alınmış Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə Məmləkət Partiyasının sədri Məhərrəm İncə arasında görüş keçiriləcək.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Kılıçdaroğlu sabah Məmləkət Partiyasının mərkəzi binasını ziyarət edəcək.

O, ziyarət sırasında Məmləkət Partiyasının sədri Məhərrəm İncə ilə görüşəcək.

Xatırladaq ki, Məhərrəm İncə Türkiyədə keçirilən son prezident seçkilərində prezidentliyə namizəd olmuşdu. Seçkilərdəki məğlubiyyətdən sonra CHP-nin onun arxasında dayanmadığını əsas gətirərək partiyadan istefa verib, yeni – Məmləkət Partiyasını qurmuşdu.

Onu da qeyd edək ki, İncə bir neç gün öncə CHP və İYİ Partiyaya səslənərək mövcud “Millət” İttifaqından digər partiyaların çıxarılması şərti ilə işbirliyinə hazır olduğunu açıqlamışdı.

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv