!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə inflyasiya azaldı

!Reklam – Yazi

Türkiyədə istehlak qiymətləri indeksi illik 38,21% təşkil edib ki, bu da son il yarımda ən aşağı göstərici olub.

Yenicag.az xəbər verir ki, bu barədə müvafiq məlumatı TÜİK Dövlət Statistika Agentliyi yayıb.

İyun ayında istehlak qiymətləri may ayı ilə müqayisədə 3,92% bahalaşıb. Beləliklə, 2022-ci ilin iyun ayından bəri inflyasiya 38,21% təşkil edib. May ayında bu göstərici 39,59% təşkil edib.

İllik ən çox qiymət artımı mehmanxana sənayesində və ictimai iaşədə qeydə alınıb – 67,2%. İl ərzində səhiyyə 65,7 faiz, ərzaq və sərinləşdirici içkilər 54 faizə yaxın bahalaşıb. Təhsil sahəsində xidmətlər istehlakçıya 50% baha başa gəlib. Spirtli içkilər və tütün 40% bahalaşıb. Ən az bahalaşma isə geyim və ayaqqabı (21%), nəqliyyat xidmətləri (20,7%) və daşınmaz əmlak (14,7%) sahələrində olub.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv