!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə İran kapitallı şirkətlərin sayı açıqlandı

!Reklam – Yazi

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə İran kapitalı ilə 1 min 3 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 374 şirkət çoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan İran şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 364,4 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 145,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında İran şirkətlərinin əksəriyyəti İstanbulda (861) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 389,9 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə İran kapitalı ilə 83 ixracat, 356 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv