Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə koronavirusla bağlı son GÖSTƏRİCİLƏR

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 161 nəfər dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 672 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 381 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 460 916 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 678 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 381 569 nəfər təşkil edir.

www.yenicag.az

206