!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə meşə yanğını nəticəsində xəsarət alanların sayı açıqlandı

!Reklam – Yazi

Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğını nəticəsində 19 nəfər xəsarət alıb.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Nazir təəssüflə Muğlanın Datça rayonunda meşə yanğınlarının davam etdiyini bildirib.

Onun sözlərinə görə, indiyədək yanğından 19 nəfər xəsarət alıb və 9 nəfərin müalicəsi isə davam edir: “9 nəfər hospitaldan evə buraxılıb, bir nəfər isə müalicəyə ehtiyacının olmadığını bildirib. 84 tibbi işçisi, 18 təcili tibbi yardım maşını, bir mobil avtomobil yanğın baş verən ərazidə fəaliyyət göstərir”.

Məlumata görə, hadisə yerinə 5 təyyarə və 12 helikopter cəlb olunub.

Bildirilib ki, Türkiyənin müxtəlif əyalətlərindən 1500-ə yaxın insan, 130 könüllü, 179 su çiləyici, 21 yanğınsöndürən maşın, 29 yük avtomobili vasitəsilə yanğının söndürülməsi işləri davam edir.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv