!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə məxfi ABŞ-Rusiya danışıqları: Nələr müzakirə olunur?

!Reklam – Yazi

Ankarada ABŞ və Rusiya təmsilçiləri arasında məxfi danışıqlara başlayıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya tərəfdən Xarici Kəşfiyyat Xidmətinin (XKİ) rəisi Sergey Narışkinin iştirak etdiyi görüşün gündəliyi və məqsədləri açıqlanmayıb.

Qeyd olunur ki, ABŞ və Rusiya nümayəndələri arasında əvvəllər də analoji müzakirələrin keçirildiyinə baxmayaraq, o danışıqlar barədə məlumat məxfi saxlanılırdı.

Xatırladılır ki, hələ noyabrın əvvəllərində ABŞ Milli Təhlükəsizlik Şurasının təmsilçisi Edrienn Uotson da Rusiya ilə ikitərəfli münasibətlərin vəziyyətinə dair danışıqların aparıldığını, bu müzakirələrdə Ukrayna müharibəsinə toxunulmadığını bildirmişdi:

“Bu danışıqların əsas məqsədi ABŞ və Rusiya münasibətlərindəki risklərin azaldılmasını müzakirə etməkdir”.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv