!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə müdafiə nazirlərinin TOPLANTISI: "Ola bilsin ki, bu görüş..." - ŞƏRH

!Reklam – Yazi

“3 ölkənin müdafiə nazirlərinin görüşü Ukrayna məsələsi ilə bağlı ola bilməz”.

Bunu İtaliyanın müdafiə naziri Lorenzo Querini ilə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Türkiyəyə səfərini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, İtaliyanın və Böyük Britaniyanın müdafiə nazirlərinin Türkiyəyə səfəri Rusiya-Ukrayna müharibəsinə görə deyil:

“Türkiyə də, İtaliya da, Böyük Britaniya da NATO üzvləridir. Ona görə onların görüşü normal haldır. Düşünmürəm ki, 3 ölkənin müdafiə nazirlərinin görüşü Ukrayna məsələsi ilə bağlı ola bilər. Ukrayna məsələsi ilə NATO məşğul olur. Ola bilsin ki, bu görüş gündəlik məsələlər və müdafiə qabiliyyəti ilə bağlı olsun”.

Səxavət Məmməd

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv