!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə müxalifətlə iqtidar qanadındakı milliyətçilər: "Sinan Oğanla Ümid Özdağa hücum çəkən insanlarımızın..."

!Reklam – Yazi

“Sinan Oğanın namizədliyinin irəli sürülməsində, ümumiyyətlə, ATA İttifaqının qurulmasında əsas məqsəd Sinan Oğanı prezident seçdirmək deyildi – indiki şərtlərdə bunun gerçəkçi olmadığını ağlı başında olan hər kəs, o cümlədən siyasətşünas, stratejist Ümid Özdağ da çox gözəl bilirdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyədə keçiriləcək prezident seçkilərində milliyətçilərin hədəfləri ilə bağlı danışan Zaur Bayramlı deyib.

Z.Bayramlı seçkilərin ikinci turunda ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı, ittifaqın əsas qüvvəsi Zəfər Partiyasının sədri Ümid Özdağın isə Kamal Kılıçdaroğlunu dəstəkləmə qərarının stratejik ağlın ortaq qərarı olduğunu vurğulayıb:

“Onların əsas hədəfi türk millətçiliyini Türkiyə siyasətinin mərkəzinə daşımaq, xeyli müddətdir Türk siyasətində həlledici söz sahibi olaraq görünən və ya təqdim edilən HDP başda olmaqla, qeyri-milli ünsürləri sıxışdıraraq türk millətçilərini əsas söz sahibinə çevirə bilməkdi.

Hesab edirəm ki, onlar bu məqsədlərinə xeyli dərəcədə nail oldular.

Bu gün türk millətçiləri həm iqtidar tərəfinə, həm də müxalifət tərəfinə türk millətinin milli mənafelərini özündə ehtiva edən bir çox şərtlərini qəbul etrirərək hər iki tərəfin siyasi cizgisində dizaynedici, yönverici mövqeyə yüksəldilər.

Əlbəttə ki, siyasətçilər də hissləri, duyğuları olan insanlardırlar, amma siyasət hiss, duyğu yox, daha çox ağıl, məntiq işidir.

Ona görə də hesab edirəm ki, həm Sinan Oğana, həm də Ümid Özdağa hücum çəkən insanlarımızın əllərindəki qılınclarını yerə qoyaraq sükunətlə düşünmələrində və bunun nəticəsi olaraq olaylara qərəzsiz yanaşmalarında fayda var.

Eyni zamanda, hesab edirəm ki, atılan bu addımlar ortaq bir düşüncənin, addımların bərabər və razılaşdıraraq atılmasını planlayan ortaq stratejik ağlın “məhsulu”dur.

Türk millətçiləri hansı partiyada, hansı qanadda olmasından asılı olmayaraq, bu gün Türk siyasətində əsas söz sahiblərinə çevrilmişlər və bundan sadəcə Türkiyənin deyil, eyni zamanda, Azərbaycan başda olmaqla, bütün türk dünyasının karlı, qazanclı çıxacağının bərabərcə şahidi olacağıq.

Bəzən bir şeylər qurban verilərək edilən fədakarlıqlar onların gerçək mahiyyəti dərk olunana qədər birilərinə xainlik kimi görünə bilər, amma bir yapon mütəfəkkirinin dediyi kimi, zaman ən böyük müəllimdir və əlbəttə ki, Elçibəyin dediyi kimi, hər şeyin zamana ehtiyacı var!”

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv