Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə növbəti terror aktı: 3 şəhid

скачанные файлы (1)Türkiyənin Mardin vilayətində növbəti terror aktı törədilib.

PKK terrorçuları vilayətin Nuşaybin rayonunda zirehli avtomobili partladıblar. İçərisində polislərin olduğu zirehli avtomobilin partladılması nəticəsində biri komissar olmaqla 3 polis şəhid olub, biri ağır yaralanıb.

Terrorçular əvvəlcədən basdırdıqları partlayıcı qurğunu zirehli avtomobil yoldan keçərkən işə salıblar. Ərazidə irimiqyaslı əməliyyatlara başlanıb, rayonun giriş-çıxışı nəzarətə götürülüb.

Siirt vilayətinin Eruh və Pürvari rayonlarında terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 9 terrorçu məhv edilib.

Eruhda hərbi bazaya silahlı hücum edilib. Hərbçilərin cavab atəşi ilə terrorçular geri çəkilib, onlardan 6-sı öldürülüb.

Pervari rayonunda isə terrorçuları təqib edən hərbçilər onlardan 3-ü məhv ediblər(APA).

www.yenicag.az

348