!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə partiya sədri qonşusunu BIÇAQLADI

!Reklam – Yazi

İstanbulda qonşular arasında yaranan mübahisə qanla bitib.

Yenicag.az NTV-yə istinadən xəbər verir ki, dava zamanı Xalq Azadlıq Partiyasının (HKP) sədri Nurullah Efe qonşusu Rəcəb Aytekini bıçaqlayıb. Hadisə nəticəsində R.A xəstəxanaya yerləşdirilib. Partiya sədri və onun oğlu Hikmet Efe polis tərəfindən saxlanılıb.

Məlum olub ki, Rəcəb Aytekin, həyat yoldaşı Hasibe Aytekin və Xədicə Arıcıoğlu Üsküdar Güzeltepe məhəlləsində tərk edilmiş bir binanın bağçasında ağac budaqlarını kəsiblər. Bunu görən Nurullah Efe qonşusundan ağacları kəsməməsini istəyib. Aralarında yaranan mübahisəyə partiya sədrinin oğlu Hikmət Efe də müdaxilə edib. Davada Nurullah Efe Rəcəb Aytekinə bıçaq xəsarətləri yetirib.

Saxlanılan ata və oğul ifadələrindən sonra İstanbul Anadolu Ədalət Sarayına gətirilib. Prokurorluqdakı ifadələrindən sonra Nurullah Efe və oğlu Hikmət Efe “qəsdən yaralama” ittihamı ilə həbs tələbi ilə Növbətçi Sülh Cəza Hakimliyinə sövq edilib.

Nurullah Efe ev dustaqlığına məhkum edilib. Hikmət Efe isə imza şəklində məhkəmə nəzarət tədbirləri tətbiq edilərək sərbəst buraxılıb./unikal

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv