!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə prezident seçkilərinin ikinci turuna dair təfərrüatlar açıqlandı

!Reklam – Yazi

Türkiyə Prezident seçkilərinin 28 mayda keçiriləcək ikinci turuna dair təfərrüatlar açıqlanıb.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı danışıb.

O qeyd edib ki, Türkiyə tarixində seçkilərin ikinci turu ilk dəfə keçirilir və bəzi qaydalar müəyyən edilib.

Yenerin sözünə görə, 15 mayda ikinci səsvermədə iştirak etmək hüququ olan namizədlərdən biri hər hansı səbəbdən seçkidə iştirak etmədikdə, namizədlərin dəyişdirilməsi üçün müəyyən edilmiş müddət saat 20:00-da başa çatacaq.

Bundan əlavə, ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq. 27 may saat 18:00-da seçki təbliğatı dövrü başa çatacaq.

Səsvermə prosesi ilk turda olduğu kimi, yerli vaxtla saat 08:00-da başlayıb 17:00-da bitəcək.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv