!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə prezident seçkilərinin tarixi dəyişdirilə bilər

!Reklam – Yazi

Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi dəyişdirilə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Bizim iradəmiz seçkilərin vaxtında, iyunun 18-də keçirilməsindən ibarətdir. Lakin bu tarixlə bağlı yarana biləcək bəzi problemlərlə, o cümlədən sözügedən zamanda vətəndaşlarımızın ölkədaxili səfərlər etməsi ilə bağlı qiymətləndirmə aparılır. Bununla bağlı qiymətləndirmədə dəqiq bir nəticəyə gəlsək, seçkilərin keçiriləcəyi “tarix budur” formasında açıqlayacağam”, – deyə Ö.Çelik bildirib.

Onun sözlərinə görə, seçkilərin keçiriləcəyi tarixin dəyişdirilməsi halında, bu, erkən seçkilər kimi qiymətləndirilməməlidir.

“Yəni bu qiymətləndirmə erkən seçki anlamında aparılmır, yalnız seçkilərin keçiriləcəyi tarixin bir az daha geriyə çəkilməsi qiymətləndirilir. Lakin bu məsələ ilə bağlı qəti qərar yoxdur. Dəqiq qərar olan zaman sizinlə paylaşacam”, – deyə Ö.Çelik əlavə edib./Trend/

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv