!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı

!Reklam – Yazi

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd olunub ki, “Cümhur” İttifaqından prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan 52, 18 faiz səslə qalib gəlib.

“Millət” İttifaqından prezidentliyə namizəd, CHP (Cümhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlu isə 47, 81 faiz səs toplayıb.

 

***

Türkiyədə prezident seçkisinin ikinci turunun nəticələri açıqlanacaq.

Yenicag.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (YSK) bu gün yekun nəticələri elan edəcək.

Yekun nəticələr “Resmi Gazete”də dərc ediləcək.

Nəticəyə görə, YSK Prezident Rəcəb Tayyib Ərdoğanın mandatını təqdim edəcək.

Xatırladaq ki, mayın 28-də baş tutan prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,14 faiz səslə qalibiyyət əldə edib və yenidən Türkiyə prezidenti seçilib.

Mənbə: TRT Haber

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv