!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə prospektə Heydər Əliyevin adı verilsin - Günay Ardadan TƏKLİF

!Reklam – Yazi

Azərbaycanlı jurnalist,hazırda Türkiyənin Bursa şəhərində yaşayan Günay Arda həmin şəhərdə yerləşən prospektlərdən birinə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi təklifi ilə müraciət edib.

Yenicag.az həmin müraciəti təqdim edir:

Bursa şəhər bələdiyyə başqanı Alinur Aktaşa

Hörmətli Alinur Aktaş, Mən, azərbaycanlı jurnalist Günay Arda Türkiyə Sənətçilər Birliyi Bursa təmsilçisiyəm. 2021 ci ilin sentyabr ayından Bursada yaşayıram.

Bursa Türkiyənin tarix və turizm incisi olmağı ilə yanaşı, həm də Türk dünyasının əbədi mədəniyyət paytaxtıdır. Fatihlər və övliyalara yüz illərdir ki, qoynunda yer salan bu torpaq hər bir türk üçün müqəddəs və rahatlıq yuvasıdır.

Hörmətli başqanım, 2023 -cü il Azərbaycan prezidenti cənab İlham Əliyevin qərarı ilə Türk dünyasının önəmli lideri mərhum Heydər Əliyevin dünyaya göz açmasının 100 – cü ilidir. Bu səbəblə bütün Türk respublikalarında Heydər Əliyev günləri keçirilir. Heydər Əliyevin Türk dünyasına , Türk xalqlarının birlik və bərabərlik yolunda irəliləməsinə verdiyi böyük əməyə hörmət məni də çox məmnun edir.

Hörmətli başqanım, Sizin Türk dünyası üçün etdiyiniz işlər Bursada yaşayan biri olaraq məni də qürurlandırır. Türk dünyası üçün göstərdiyiniz bütün xidmətlər üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətli başqanım,Fatihlər şəhəri Bursada yaşadığım üçün qürur duyduğumu söyləyir, Sizdən bir rica etmək istəyirəm. Heydər Əliyevin Türk dünyası üçün əhəmiyyətini və etdiyi fədakarlığı nəzərə alaraq ,Sizdən Bursada uyğun görülən prospektin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıması üçün qərar verməyinizi rica edirəm. Sizə dərin minnətdarlıq hissimi çatdırır və müqəddəs Ramazanın şəfqətini üzərinizdə olmasını diləyirəm.

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv