!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Qasımov barəsində həbs qərarı verildi - YENİLƏNDİ

!Reklam – Yazi

Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində davam edən cinayət işi üzrə istintaqa cəlb edilib.

15 gün əvvəl eyni maddə ilə- CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) Q. İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

***

11:20

DİN Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatı təsdiqləyib.

Yenicag.az Musavat.com-a istinadla xəbər verir ki, İstanbul şəhərində yaşayan F. Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.

Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

www.yenicag.az

1654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv