!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə seçicilərin 54 faizi səsvermədə iştirak etdi

!Reklam – Yazi

Azərbaycandan sonra ən çox seçicinin olduğu Türkiyədə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı 5 seçki məntəqəsi yaradılıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən Yenicag.az-a verilən məlumat görə, diplomatik korpusun inzibati binasında yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 46 və 47 saylı seçki məntəqələrində keçirilən səsvermədə Ankarada və ətraf vilayətlərdə yaşayan Azərbaycan vətəndaşları aktiv iştirak edirlər.

Yerli vaxtla saat 15:00-a olan məlumata görə, qeydiyyatda olan seçicilərin 54%-i səsvermə hüququndan istifadə edib.

Seçkidə iştirak etmək üçün səfirliyə gələn vətəndaşlar Azərbaycanın ərazi bütövlüyünü bərpa edən şanlı zəfərdən sonra keçirilən ilk prezident seçkilərində iştirakdan qürur və məmnuniyyət duyduqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyədə səsvermə yerli vaxtla saat 19:00- a qədər davam edəcək.

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv