!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə SEÇKİ İTTİFAQLARI: "Onlar Ərdoğanın qarşısında duruş gətirə bilməyəcəklər" - ŞƏRH

!Reklam – Yazi

“Müxalifət ittifaqının vahid namizəd məsələsində yekdil qərar verə bilmələri çətindir”.

Bu fikirləri Türkiyədə gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində müxalifət cəbhəsində mövcud ittifaqların genişləndirilməsi istiqamətində aparılan işlərin nəticəliliyi barədə danışarkən siyasi şərhçi Tehran Orucoğlu Yencag.az-a açıqlamasında səsləndirib.

Tehran Orucoğlunun sözlərinə görə, seçkiyə qədər müxalifət tərkibində ayrılma və birləşmələrə şahid olunacaq:

“Bildiyiniz kimi, Türkiyədə müxalifət partiyaları tərəfindən 2018-ci il seçkilərində yaradılan “Millət” İttifaqı bu gün də saxlanılır. İttifaqın əsasını təşkil edən Cümhuriyyət Xalq Partiyası ilə İYİ Partiya 2023-cü il seçkilərinə daha geniş ittifaqla getmək niyyətindədirlər. Buna görə də sabiq nazir Əli Babacanın qurduğu DEVA ilə keçmiş baş nazir Əhməd Davudoğlunun qurduğu Gələcək partiyaları ilə danışıqlar aparılır. Yaxın günlərdə bu partiya rəhbərlərinin bir araya gəlib danışıqlar aparması da planlaşdırılır. Ancaq sözügedən partiyalara baxdığımız zaman onların rəhbərlərinin ambisiyalı olduqlarını görürük. Bu da qurulacaq mümkün ittifaqda vahid namizədin müəyyənləşdirilməsini çətinləşdirəcək.

Partiyalar arasındakı münasibətlərdə də müəyyən soyuqluqların olduğu sirr deyil. Buna görə də güman edirəm ki, AKP və MHP-nin yaratdığı “Cumhur” İttifaqı seçkiyə daha əmin addımlarla irəliləyirlər. “Cumhur” İtiifaqının namizədinin hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın olacağı isə hər kəsə bəllidir. Düşünürəm ki, dəqiq seçki strategiyasının mövcud olmadığı müxalifət partiyaları Ərdoğanın qarşısında duruş gətirə bilməyəcəklər”.

Aqil Bəkir

www.yenicag.az

1120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv