!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə seçkiyə yönələn İCTİMAİ RƏY: “Hakimiyyətlə müxalifət arasında başabaş mübarizə...” – MÖVQE

!Reklam – Yazi

“Seçkilərdə mümkün namizədlərin şansları barədə danışmaq üçün uyğun zamanı gözləmək lazımdır”.

Bu fikirləri Türkiyədə mayın 14-nə təyin ediləcəyi gözlənilən prezident seçkiləri ərəfəsində keçirilən rəy sorğularının nəticələrinin reallıq dərəcəsindən danışan politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyədə keçiriləcək prezident seçkilərində əsas rəqiblər arasında başabaş mübarizənin gedəcəyi gözlənilir:

“Türkiyədə son günlər keçirilən və sonucları açıqlanan bir sıra rəy sorğuları üzrə nəticələrin reallığı nə dərəcədə əks etdirdiyi haqda fikir bildirmək çətindir.

Çünki əksər ölkələrdə olduğu kimi Türkiyədə də hakimiyyətə bağlı sorğu qurumları öz nəticələrində iqtidar namizədinin, müxalifətə yaxın mərkəzlərin sorğularında isə əks düşərgə namizədinin şanslı olduğu qabardılır.

O baxımdan, Türkiyədə bu rəy sorğularını keçirən mərkəzlərin nə qədər müstəqil olduqlarını dəqiqləşdirmədən nəticələri birmənalı qiymətləndirmək doğru olmazdı. Bu səbəbdən, Türkiyədəki seçkilərdə mümkün namizədlərin şansları barədə danışmaq üçün uyğun zamanı gözləmək lazımdır.

Digər tərəfdən, rəy sorğularında müxalifətin namizədi qismində indidən Kamal Kılıçdaroğlu göstərilsə də, “Altılı masa” deyilən formatda vahid namizədin martın 2-də açıqlanacağı gözlənilir. Həmin namizədin Kılıçdaroğlu, yoxsa başqası olacağı da hələ ki bilinmir.

Bütün hallarda hesab edirəm ki, Türkiyədə gözlənilən seçkilərdə hakimiyyət və müxalifət namizədi arasında başabaş mübarizə gedəcək. Bu mübarizədə əsas olan isə Türkiyə seçicisinin iradəsidir”.

A.Zeynalov

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv